Azərbaycan 4 ayda Gürcüstanın siqaret aldığı ikinci əsas bazar olub
İqtisadçı-ekspert Eyyub Kərimli "Sherg.az"a bildirib ki, statistik göstəricilərə baxsaq yalnız 2023-cü il ərzində 120 milyon dollara yaxın ölkəmizə siqaret idxal olunub:
“Bu ilin müvafiq 4 ayının göstəricilərinə əsasən siqaret idxalında ötən illə müqayisədə 1 faizə yaxın azalma var. Düşünürəm ki, bu ilin sonunda bu göstərici dəyişəcək. Ümumiyyətlə hər bir ölkəyə idxal olunan siqaretin həcmində bəzən 20-30 faiz artım müşahidə edilir. Bu isə sözsüz ki, bizdə yerli istehsalın az olması ilə əlaqədardır. Bu gün ölkədə siqaretə olan tələbatın cuzi bir hissəsi yerli istehsal tərəfindən ödənilir. Onun da xammalı xaricdən gəlir. Əlbəttə ki, bu asılılığı aradan qaldırmaq üçün yerli xammal istehsalı artırılmalıdır. Bu zərərli biznes olsa da gəlirlidir. Gələcək zamanda da yerli xammalı artırsaq, xarici ölkələrə siqaretlərimizi və məmulatlarımızı sata bilərik. Hazırda ölkədə bu sahədə vəziyyət qənaətbəxş deyil. Ölkədə istehsal olunan siqaretin 5 faiz xammalı ölkəmizdə istehsal edilir.”