Xərçəngdən müalicə olunan şahzadə Keytin Atalar Günü paylaşması
Yusif Nəzərli
17:40 16.06.2024
Dünya
570
Aylardır ilk dəfə ictimaiyyət qarşısına çıxan şahzadə Keyt əri Şahzadə Uilyamın Atalar Gününü xüsusi foto ilə qeyd edib.
Sherg.az xəbər verir ki, haqqında spekulyasiyalarla gündəmdə olan Uels şahzadəsi Keyt Midlton xərçəng müalicəsi aldığını açıqlayıb. Kraliça Elizabetin ölümündən sonra taxta çıxan kral Çarlz da xərçənglə mübarizə aparır.
Şahzadə Keyt xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O, dünən İngiltərədə keçirilən ənənəvi paradda iştirak edib.
Bu gün Şahzadə həyat yoldaşı Şahzadə Uilyamla birlikdə Atalar Gününü qeyd edib. Sosial şəbəkədə paylaşılan kadrın Keyt Midlton tərəfindən çəkildiyi bildirilib.
Yazıda aşağıdakı sözlər yer alıb: "Biz səni sevirik, ata. Atalar gününüz mübarək! G, C, L."
Həvəskar fotoqraf olan Midleton belə xüsusi günlərdə tez-tez uşaqlarının və ya ailə üzvlərinin portretlərini çəkir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya