Azərbaycanda iqtisadi artım 4%-in üzərində olub

2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 960,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artıb.
ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olub.