Türkiyə lirəsi ABŞ dolları qarşısında antirekordunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, Türkiyə valyutası dollara qarşı yenidən dəyər itirərək yeni tarixi minimum səviyyəyə düşüb. TL dollar qarşısında bu gün 0.7 faiz ucuzlaşaraq 35.4 səviyyələrinə qədər düşüb. Lakin sonradan itkisinin bir hissəsini bərpa edərək 35.19 səviyyələrinə qalxıb.
Ümumilikdə, 2024-cü ildə TL dollar qarşısında 20 faiz dəyər itirib.
Paralel olaraq, TL manat qarşısında da bu il rekord səviyyədə ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının 20 dekabr məzənnəsinə əsasən 1 TL
0.0483 AZN-ə qədər enib.