Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Moskva və Sankt-Peterburq üzərindən uçuşlardan yayınmağı tövsiyə edib
Yusif Nəzərli
06:00 10.01.2025
Dünya
397
Avropa tənzimləyicisi AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkətlərə Rusiyanın bir sıra regionları üzərində uçuşlardan çəkinməyi tövsiyə edib.
"APA-Economics" xəbər verir ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Moskva və Kiyev arasında davam edən münaqişə fonunda Rusiya üzərindən “uçuşların maksimum təhlükəsizliyini təmin etmək” üçün aviaşirkətlərə tövsiyələrini yeniləyib.
Tənzimləyici bütün uçuş səviyyələrində “60-cı meridian şərq uzunluğunun qərbində təsirə məruz qalmış Rusiya hava məkanında” uçuşların qarşısının alınmasını tələb edən direktiv verib. Söhbət Moskva, Rostov, Sankt-Peterburq, Yekaterinburq və Samara şəhərlərinin hava məkanından gedir. Tövsiyələr EASA-ya üzv ölkələrdən və Avropa İttifaqına uçan digər ölkələrdən olan aviaşirkətlərə şamil edilir və 31 iyul 2025-ci il tarixinədək qüvvədədir.
EASA qərarını bununla izah edib ki, o, hərbi və mülki xidmətlərin koordinasiyasında səhvlər və səhv identifikasiya riskləri görür.
EASA xatırladıb ki, hazırda üçüncü ölkələrin bir sıra aviadaşıyıcılarından fərqli olaraq, heç bir Aİ şirkəti Rusiya üzərində uçuşlar həyata keçirmir.
Belə ki, Rusiya öz təyyarələrinə qarşı oxşar tədbirlərə cavab olaraq, 2022-ci ilin fevralında öz hava məkanını Aİ ölkələrinin şirkətlərinin uçuşları üçün bağlayıb.
Qeyd edək ki, yenilənmiş tövsiyələr 2024-cü il dekabrın 25-də səhər saatlarında Bakı-Qroznı marşrutu üzrə hərəkət edən Azərbaycan Hava Yollarına məxsus Embraer E190 təyyarəsinin Aktauda qəzaya uğramasından sonra verilib.
Təyyarədə 67 nəfər - Rusiya, Azərbaycan, Qırğızıstan və Qazaxıstan vətəndaşları olub, onlardan 38-i ölüb, 29 nəfər qəzadan sağ çıxıb.
Hadisəyə görə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istəyib.
Qəzadan sonra təhlükə ilə əlaqədar AZAL Rusiyanın Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq, Vladiqafqaz və Kazan şəhərlərinə uçuşları dayandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol