Azərbaycanda bu torpaq sahələri dəyərləndiriləcək

Azərbaycanda yüksək gərginlikli elektrik ötürücü xətlərin altına düşən torpaq sahələrinin dəyərləndiriləcək.

Trend-in əldə etdiyi məlumata görə, eyni zamanda mütəxəssis rəyinin və AZURE layihəsi üçün müəyyən hesabatların hazırlanması xidmətləri də həyata keçiriləcək.

Məlumata əsasən, "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda dəyərləndirmə işlərini aparacaq şirkət axtarışındadır.

ASC sözügedən işlərin icrasının 453 454 manat başa gələcəyini proqnozlaşdırıb.