Türkiyənin Antalya, İstanbul və İzmir şəhərlərindən Moskvaya uçan üç sərnişin təyyarəsi Rusiya paytaxtının hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən geri dönüb.
Sherg.az xəbər verir ki, TASS-ın məlumatına görə, təyyarələr Polşa və Litva üzərində istiqamətlərini dəyişərək İstanbulun Sabiha Gökçen hava limanına yönəliblər. Sərnişinlərin daha sonra digər reyslərə köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, oktyabrın 17-nə keçən gecə və səhər saatlarında Moskvanın hava limanları məhdud rejimdə fəaliyyət göstərib. Nəticədə 100-dən çox təyyarənin uçuşunda gecikmələr yaranıb.