ABŞ-da futbol stadionunda avtomobil tamaşaçıların arasına girib, ölənlər var

ABŞ-ın Kanzas ştatında futbol matçı zamanı avtomobil “Striker” stadionunun meydançasına çıxaraq tamaşaçıların üzərinə sürülüb. Sherg.az xəbər verir ki, CNN telekanalı bu barədə məlumat yayıb.

Polisin məlumatına görə, hadisə nəticəsində azı iki nəfər ölüb. Ölümcül xəsarətlər alan şəxslərdən biri yetkin, digəri isə uşaqdır. Onların şəxsiyyəti müəyyənləşdirilir. Daha doqquz nəfər xəsarət alıb.

Bununla yanaşı, hadisə şahidləri yaralananların sayının rəsmi mənbələrin açıqladığı rəqəmdən xeyli çox olduğunu bildirirlər. “Striker” stadionunda fövqəladə vəziyyət elan edilib.