Gürcüstan Müstəqillik Gününü qeyd edir
Yusif Nəzərli
03:00 26.05.2025
Cənubi Qafqaz
362
Bu gün Gürcüstanda əsas milli bayram - Müstəqillik Günü qeyd edilir.
Teleqraf-ın yerli bürosu xatırladır ki, 107 il bundan öncə - 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub.
Bayrama həsr olunan müxtəlif mədəni, maarifləndirici və idman tədbirləri Tbilisi ilə yanaşı bütün ölkə boyu keçiriləcək. Gürcüstan paytaxtının Azadlıq meydanında 700-ə yaxın çağırışçı təntənəli mərasimdə hərbi and içəcək, tədbir Tbilisidən başqa daha 5 tarixi məkanda təşkil olunacaq.
Tbilisi vaxtı ilə saat 17:10-da (107 il öncə müstəqilliyin elan edildiyi vaxt - red.) Gürcüstan prezidentinin sarayında dövlət himni oxunacaq.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze rəsmi sosial şəbəkə hesablarında gürcü xalqını Müstəqillik Günü münasibəti ilə təbrik ediblər.
Qeyd edək ki, Noe Jordaniyanın başçılıq etdiyi Gürcüstanın ilk demokratik respublikası sovet işğalınadək – 1921-ci ilin fevralın 25-dək mövcud olub. Qonşu ölkə dövlət müstəqilliyini 70 ildən sonra - 1991-ci ilin aprelin 9-da bərpa edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya