Politoloq: “Trampın təhdidləri Rusiya və Çinə açıq mesajdır”
13:11 09.07.2025
Dünya
317
Doğruluğu hələ sübuta yetirilməmiş bu səs yazısı belə, Moskva və Pekin üçün müəyyən nəticələr çıxarmağa əsas verir
ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.
Səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir.
Tramp nə vaxtsa Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, “sənə inanmıram”. Məncə, o, həqiqətən də, mənə inanmadı”.
ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.
“Ona (Si Cinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, - Tramp səs yazısında vurğulayır.
CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.
Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.
Politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, belə bir səs yazısı varsa, bu, kifayət qədər ciddi bir iddiadır:
"Ona görə də bu yazının doğruluğu və orijinallığı mütləq şəkildə yoxlanmalı, təsdiqlənməlidir. Bununla belə, səs yazısının ilk növbədə ABŞ-nin daxili auditoriyasına ünvanlandığı aydın görünür. Niyə məhz daxili auditoriya? Nəzərə alaq ki, bu yazı seçki ərəfəsində yayılıbsa və onu dəstəkləyən milliyyətçi dairələr tərəfindən ictimaiyyətə təqdim edilib. Deməli, bu addım ilk növbədə Donald Trampın əsas rəqibi olan Co Bayden administrasiyasına, yəni demokratların namizədinə qarşı yönəlmişdi. Bu, əslində ABŞ-nin seçicilərinə verilən bir mesaj idi: "Rusiyanı və Çini, yəni dünyanın digər qütblərini bombalaya biləcək gücdə olan Trampa səs verin". ABŞ ictimaiyyəti isə, Hollywood filmlərində böyümüş, super gücə sahib qəhrəmanlara inanan bir toplum olaraq, Trampı məhz belə bir "qəhrəman" kimi qəbul etdi və onu dəstəklədi. Lakin burada başqa bir sual ortaya çıxır: bu səs yazısı niyə məhz indi yayılıb? Çin gücləndiyi, Rusiya ilə yaxınlaşdığı, 9 May paradına qatılıb Putinlə yan-yana göründüyü bir zamanda... Üstəlik, Rusiya hələ də Ukraynadakı müharibəni dayandırmayıb – baxmayaraq ki, Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə müharibəni dayandıracağına söz vermişdi. Bu kontekstdə həmin səs yazısının yayılması, əslində, həm Rusiyaya, həm də Çinə ünvanlanan bir mesaj kimi dəyərləndirilə bilər".
Analitik əlavə edib ki, doğruluğu hələ sübuta yetirilməmiş bu səs yazısı belə, Moskva və Pekin üçün müəyyən nəticələr çıxarmağa əsas verir:
"Beləliklə, istər Ukraynadakı müharibə, istərsə də gələcəkdə Çinlə Tayvan arasında baş verə biləcək gərginlik fonunda, ABŞ indidən öz mövqeyini göstərmiş olur. Bu da Trampın dolayısıyla verdiyi mesajdır: “Hakimiyyətdə olduğum müddətcə nə Rusiyanın Ukraynanı işğal etməsinə, nə də Çinin Tayvanı ilhaq etməsinə imkan verməyəcəyəm. Əks halda bu, bəşəriyyəti Üçüncü Dünya Müharibəsinə sürükləyə bilər".
Yekun olaraq demək olar ki, bu səs yazısı həm daxili, həm də xarici auditoriyaya yönəlib. Amma əvvəlcə qeyd etdiyim kimi, ən vacib məsələ onun orijinallığının və gerçəkliyinin rəsmi şəkildə təsdiqlənməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə