ABŞ hərbçiləri Qəzza zolağına gəldi
20:07 10.10.2025
Gündəm
454
ABŞ qoşunları sülh sazişinə əməl olunmasına nəzarət etmək üçün Qəzza zolağına gəlməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN Pentaqon mənbələrinə istinadən məlumat yayıb.
Qoşunların bir hissəsi yerləşdikləri Yaxın Şərq ölkələrindən, digərləri isə ABŞ-nin digər bölgələrdəki komandanlığından gəliblər. 200 nəfərlik Amerika kontingenti tam olaraq oktyabrın 12-dək Qəzza zolağına çatacaq. Zolaqda ABŞ monitorinq mərkəzinin yaradılmasının bir neçə gün və ya həftələr çəkəcəyi gözlənilir.
ABŞ hərbçilərinin missiyası “xaosdan qaçmaq və humanitar strukturların əlaqələndirilmiş işini təmin etmək”də ibarətdir.
Oktyabrın 3-də HƏMAS rəhbərliyi ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planına uyğun olaraq əsir götürülmüş israilliləri azad etməyə hazır olduğunu bəyan edib. Bundan əlavə, hərəkat anklavın idarəçiliyini Fələstin texnokratlarından ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.
Qəzza sülh prosesinin birinci mərhələsi oktyabrın 12-də başa çatacaq. Bu birinci mərhələdə İsrail ordusu razılaşdırılmış mövqelərdən geri çəkiləcək, HƏMAS isə bəzi fələstinli məhbusların azad edilməsi müqabilində bütün girovları azad edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya