“Aİ-95” bahalaşdı! – “Səbəb inhisarçılıqdır”
Banuçiçək Kalbalıyeva
09:31 02.06.2021
İqtisadiyyat
698
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov benzinin qiymətinin bahalaşması ilə əlaqələr açıqlama verib. O, bildirib ki, “Aİ-95” premium markalı benzinlə “Aİ-98” super markalı benzinin qiyməti eyni nisbətdə 15 qəpik artırılıb. Hazırda “Aİ-95” premium markalı benzin 1 manat 40 qəpiyə, “Aİ-98” super markalı benzin 1 manat 55 qəpiyə satılır.
İ. Əhmədov premium və super markalı benzin növlərinin Azərbaycana idxal olunduğunu və buna görə də onların qiymətinin dünya bazarlarındakı qiymətlərdən asılı olduğunu deyib: “Dünyada neftin və neft məhsullarının qiyməti artdıqca Azərbaycanda da məhz bu benzin növlərinin qiyməti artır, müvafiq olaraq azaldıqca isə azalır. Pandemiyadan əvvəl premium markalı benzinin qiyməti 1 manat 50 qəpik idi, pandemiya dövründə isə 1 manat 10 qəpiyə düşdü. Bir müddət sonra 1 manat 25 qəpiyə qalxdı. İndi onun qiyməti 1 manat 40 qəpikdir. Qiymətin qalxması dünyada neftin və neft qiymətlərinin artması ilə əlaqədardır”.
ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında məsələyə belə münasibət bildirdi:
“Bir neçə il əvvəlki açıqlamada benzinin qiymətinin bazar iqtisadiyyatının qaydalarına uyğun tənzimlənəcəyi söylənilmişdi. Amma “bazar”da başqa “oyunçu”lar olmadı. Beləliklə, SOCAR və onun törəmələri diktə etməyə, qiyməti istədikləri kimi müəyyənləşdirməyə başladılar. Halbuki rəqabətli mühit yaransa, belə olmayacaqdı. Eyni zamanda SOCAR-ın əsaslandırması da qeyri-dəqiqdir. Belə ki, satışa çıxarılan benzinin qiyməti dünya bazarındakı neftin qiymətinə uyğun deyil. Yəni əslində səbəb neftin bahalaşması yox, SOCAR-ın inhisarçılığıdır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə