AMB hərraclarda dollara tələbin kəskin artmasının səbəbini açıqlayıb
12:21 06.12.2023
İqtisadiyyat
917
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabr ayının sonundan etibarən valyuta hərraclarında bankların dollara tələbinin kəskin artmasının səbəbini açıqlayıb.
AMB-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb adətən əvvəlki aylarla müqayisədə yüksək olur: "Nümunə olaraq, 2017-2022-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi üstələyib, ötən il dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43% (2021-ci ildə isə 91%) çox olub".
Mərkəzi Bankdan qeyd edilib ki, ilin son dövründə tələbin yüksəlməsi əsasən mövsümi amillər, o cümlədən ölkədə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalar və iqtisadi aktivliyin canlanması ilə əlaqədar olur.
"Onu da qeyd etmək lazımdır ki, ümumilikdə valyuta bazarında şərait profisitli tədiyyə balansının təsiri altında formalaşır. 2023-cü ilin əvvəlindən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönümlü olub" - AMB-dən əlavə edilib.
Qeyd edək ki, bankların valyuta hərracında tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollara təşkil edib. Bankların dollar tələbi noyabr ayının sonundan etibarən artmağa başlayıb. Noyabr ayının 28-də keçirilən hərracda bankların tələbi 68,2 milyon dollara, noyabrın 30-da isə 77,8 milyon dollara yüksəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tarixin ən gəlir gətirən aktyoru oldu!
06:42 15.09.2026
Şou
ABŞ-ın xam neft ehtiyatlarının həcmi kəskin azaldı
05:25 15.09.2026
Dünya
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət