Azərbaycan meyvə-tərəvəz ixracından 640 mln. dollardan çox gəlir əldə edib
Yusif Nəzərli
06:31 19.12.2023
İqtisadiyyat
488
2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 8% və ya 47.8 milyon dollar, həcmi isə 12.2% və ya 6.6 min ton artıb. 2022-ci ilin ilk 11 ayında Azərbaycan 593 milyon 388 min dollar dəyərində 572 min ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 150.8 milyon dollar dəyərində tomat (127.4 min ton) , 97.4 milyon dollar dəyərində meşə fındığı (18.9 min ton), 89.4 milyon dollar dəyərində xurma (118.5 min ton), 44 milyon dollar dəyərində alma (69.2 min ton ), 35 milyon dollar dəyərində kartof (78.2 min ton), 25 milyon dollar dəyərində nar (18 min ton) olub.
Əlavə edək ki, cari ilin yanvar-noyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.03%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.14%-ə bərabər olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm