Azərbaycana 100 min manata motosiklet gətirilir
09:21 24.08.2019
İqtisadiyyat
1349
Azərbaycanda motosiklet həvəskarlarının sayı artır. Bu isə motosiklet sürücülərinin sayının artmasına gətirib çıxarır. Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Oxu.Az-a bildirib ki, insanların motosikletə üstünlük verməsinin səbəblərindən biri də bu nəqliyyat vasitəsinin əsasən ucuz olması ilə bağlıdır:
"Bəziləri motosikletləri tıxaclara görə alır. Digərləri isə, sadəcə, motosikletlərə olan marağa görə alırlar".
Ekspertin fikrincə, Azərbaycanda, əsasən, işlənmiş ucuz motosikletlər alınır ki, onların qiyməti 500-2000 manat arasında dəyişir.
Lakin Azərbaycanda bahalı motosikletlər də müştərilərə təqdim edilir. Elan saytlarında apardığımız müşahidələrə görə, məsələn, "Yamaha YZF-R6" modeli 13 500 manatadır.
"Harley Davidson" markasından olan işlənmiş motosikletlərin isə ən ucuzu 16 500 - 26 000 manat qiyməti arasında dəyişir.
2015-ci il buraxılışlı "Harley-Davidson FXDB Dyna Street Bob" modeli 26 min manata təqdim edilir.
"Suzuki Intruder M1800R" 15 800, "Suzuki Boulevard" isə 17 000 manata satışa çıxarılıb. Azərbaycanda yuxarıda adını çəkdiyimiz "Harley Davidson" markasından, servisdə olan ən bahalı motosiklet isə 50 min manatdır. Bununla belə, sifarişlə gətirilən modellərin qiymətləri 80-100 min manat aralığında dəyişir.
Dünya bazarlarında isə daha bahalı, fantastik qiymətə təqdim edilən motosikletlər də var. 2019-cu ilin ən bahalı motosikletlərinin siyahısına nəzər saldıqda görürük ki, "Ecosse FE Ti XX Titanium Series"in qiyməti 300 min dollardır.
"Dodge Tomahawk V10 Superbike"ın dəyəri isə 550 min dollardır. "Harley Davidson Cosmic Starship" isə nə az, nə çox, düz 1.5 milyon dollara satılır. "1949 E90 AJS Porcupine" 7 milyon, "Neiman Marcus Limited Edition Fighter" isə 11 milyon dollara təklif olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə