Azərbaycanda idxalatçı ölkələrin sertifikatlarının tanınması prosedurlarının yenilənməsi təklif olunub
Yusif Nəzərli
08:47 20.12.2022
İqtisadiyyat
542
“Azərbaycanda idxalatçı ölkələrin təsdiqlədiyi sertifikatların tanınması prosedurlarına yenidən baxılmalıdır”.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bu gün keçirilən “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, bir çox hallarda ixracatçı ölkələrin rəsmi qurumları və ya akkreditasiya olunmuş qurumları tərəfindən verilmiş sertifikatları təqdim edən idxalatçılardan aidiyyəti dövlət qurumlarımız yenidən sertifikat alınmasını tələb edirlər, bu da sənədləşmə prosesində xeyli vaxt və xərc tələb edir.
O.Məmmədov hesab edir ki, gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə məcburi sertifikatlaşdırma tələb olunan malların siyahısının azaldılmasının tapşırıldığını nəzərə alaraq bu sahədə islahat tədbirlərinin həyata keçirilməsinin sürətləndirilməsi daha yaxşı olardı.
KOBİA sədri qeyd edib ki, bəzi hallarda həm idxal, həm də ixrac edilən məhsullara münasibətdə faktiki qiymətdən yüksək qiymətlər tətbiq edilir, bu vəziyyət isə əlavə olaraq vergi orqanları ilə də mübahisələrin yaranmasına səbəb olur.
“Daxil olmuş müraciətlərə əsasən digər bir çətinlik isə statistik dəyərin müəyyən olunmasında yaşanır. Bununla əlaqədar statistik dəyərin təyin edilməsi zamanı mövcud hallar təhlil edilməklə beynəlxalq təcrübəyə əsaslanan sadələşdirilmiş alətlərdən istifadə imkanlarını nəzərdən keçirmək olar”, - KOBİA-nın rəhbəri deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya