Azərbaycanda ilk dəfə: Əkin sahələri üçün aqrodron istehsal edildi
06:32 13.06.2021
İqtisadiyyat
735
Azərbaycanda ilk dəfə olaraq Aqrodron istehsal edilib. Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.
O bildirib ki, tam yerli istehsal olan yeni Aqrodron əkin sahələri üçün nəzərdə tutulub: "Bu qurğu əkin sahələrində bir neçə funksiyanı yerinə yetirir. İstənilən maye halında olan kimyəvi dərmanların səpinini həyata keçirmək qabiliyyətində olan dronlar həmçinin dənəvər mineral gübrəsinin də səpinində istifadə oluna bilir."
A. Məmmədova bildirib ki, dronlar həmçinin ərazinin skan olunması, şəkillərinin çəkilib müəyyən edilməsi qabiliyyətinə də malikdir: "Dronlar bu funksiya ilə yer quruluşunun 3 D xəritələnməsini də həyata keçirir. Fermerlər bu dronlarla həm sahəsində dərman səpməklə həm vaxt itkisinin qarşısını alır, həm də əlavə xərcdən azad olur. Məsələn, hər hansısa bir sahənin aqreqatlar və digər ağır texnika ilə dərmanlanması zamanı həmin texnikanın təkərləri sahədə müəyyən bir hissəni əzir, bitkinin bir hissəsini məhv edir. Bununla yanaşı, texnikaya əlavə yanacaq sərf edilir, insan əıməyi sərf edilir və vaxt itkisi olur. Amma bu dronlar vasitəsilə sahəyə heç bir ziyan vurmadan yarım saat ərzində fermer 1 hektar yeri dərmanlaya və gübrələyə bilir.
Dronun daha bir əsas üstünlüyü isə odur ki, bu qurğu ilə fermer yalnız sahəsində ziyanvericilər olan hissəni əvvəlcədən müəyyən edə bilir. Yəni, dron əvvəlcə sahənin şəklini skan edir, hansı ərazini ziyanvericilərin məhv etdiyini müəyyən edir. Daha sonra dron həmin skan vasitəsilə yalnız ziyanvericilər olan əraziləri dərmanlayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya