Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə ilk yük qatarı göndərilib
Yusif Nəzərli
11:23 12.02.2022
İqtisadiyyat
787
Bu gün Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.
“Report” xəbər verir ki, Azərbaycanda “Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC (RİM), “Roseksimbank” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “RDY” ASC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” SC tərəfindən həyata keçirilir.
“Aqroekspress” – effektiv şəkildə qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa kömək edən, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə “RDY Logistika” SC və “Rusiya İxrac Mərkəzi” SC-nin ixtisaslaşmış xidmətidir.
Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması oldu.
“Bu, “Aqroekspress” layihəsinin həyata keçirilməsində uğurlu başlanğıcdır və biz onun böyük potensiala malik olduğunu görürük. Layihənin bir çox üstünlüklərini nəzərə alaraq, bu sadəcə alternativ deyil, ən sərfəli marşrutlardan biri olacaq. Sözsüz ki, proseslərin tənzimlənməsi və təkmilləşdirilməsi üzərində çalışacağıq və yaxın zamanda daşımaları müntəzəm olaraq həyata keçirməyi planlaşdırırıq. Həmçinin, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi çərçivəsində yüklərin Rusiyaya daşınması üçün “Astara” stansiyasının “Aqroekspress” marşrutuna qoşulması üzərində işlər fəal şəkildə davam etdirilir. Ümumilikdə bu layihə ölkələrimizdə yalnız logistika və ticarət sahəsinin deyil, kənd təsərrüfatı müəssisələrinin də inkişafına töhfə verəcək”, - deyə “Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov qeyd edib.
“Aqroekspress” xidməti bir növ sinergetik modeldir. Bu model çərçivəsində biz biznes üçün maksimal dərəcədə effektiv alətin əldə olunması məqsədilə bir çox iştirakçıların fəaliyyətini optimallaşdırırıq. İlk növbədə, söhbət kiçik və orta biznesə aid olan aqrar-sənaye kompleksi müəssisələrindən gedir. Ekspertlərin fikrincə, bu gün "Şimal-Cənub" BND üzrə yük dövriyyəsi potensialı çox yüksək səviyyədədir və davam edən konteynerləşməni və bütün dəmir yolu şəbəkəsi üzrə yük dövriyyəsinin müsbət dinamikasını nəzərə alsaq, o, yalnız artacaq. Digər nəqliyyat növləri ilə müqayisədə aqrar məhsulların dəmiryolu daşımaları sərfəli, sürətli və rahatdır”, - deyə “RDY Logistika” SC-nin baş direktoru Dmitriy Murev qeyd edib.
“İxrac mallarının rəqabət qabiliyyəti böyük dərəcədə onların daşınması və paylanmasının effektiv sxemləri ilə təmin edilir. “Aqroekspress” layihəsi məhz bu məqsədə nail olur və Rusiya kənd təsərrüfatı məhsullarının xarici bazarlarda təşviqinə öz töhfəsini verir. Bundan əlavə, “Aqroekspress” müasir texnologiyalardan və optimallaşdırılmış nəzarət prosedurlarından istifadə etməklə yüksək keyfiyyətli logistika xidmətləri sayəsində ixrac tədarüklərinin həcmini artıracaq. Biz görürük ki, Azərbaycanda “Aqroekspress” artıq öz vəzifəsini yerinə yetirir və ixracatçılar arasında ona tələbat böyükdür. “Şimal-Cənub” marşrutları üzrə belə kompleks logistik xidmətlərin inkişafı yaxın gələcəkdə Rusiya istehsalçılarına Xəzər hövzəsi, Fars körfəzi və Cənubi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə imkan verəcək”, - deyə “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov qeyd edib.
Xatırladaq ki, “Aqroekspress” layihəsi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri keçən ilin ikinci yarısında Azərbaycan-Rusiya İşgüzar Şurasının dəstəyi, “Roseksimbank” SC-nin himayəsi ilə keçirilən iki işgüzar missiya çərçivəsində fəal şəkildə müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya