“Azərbaycanın dayanıqlı iqtisadiyyatı var”
- Deputat
Turan
13:30 16.03.2020
İqtisadiyyat
921
“Dövlət başçısının apardığı iqtisadi siyasət bütün problemlərin öhdəsindən gəlməyə imkan yaradır”
“Ona görə də mən çox arxayınam. Heç bir əsas olmadan aranı qarışdıranlara təəssüf edirəm. Xalq dara düşəndə birlik nümayiş etdirməlidir”
“Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında ölkəmizin hər yerində koronavirusla əlaqədar zəruri tədbirlər görülüb və görülməkdə davam edir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.
Deputat vurğulayıb ki, xeyir-şər mərasimlərinin təşkil edilməsindən tutmuş bütün kütləvi tədbirlərin məhdudlaşdırılmasına, o cümlədən sərhədlərin bağlanmasına qədər çox önəmli işlər görülüb:
“Azərbaycan yeganə ölkədir ki, başqa ölkələrdən fərqli olaraq ciddi təhlükə ilə üzləşməyib. Ölkə olaraq özümüzü qorumaq üçün lazım olan addımların hamısını atmışıq. Bütün bunlara rəğmən cəmiyyətdə süni ajiotaj yaradanlar, insanları əsassız panikaya sövq edənlər var və onlar Azərbaycan xalqını istəməyən adamlardır. Müxalifətdə olanlar, ölkəmizin yaxşı gününü gözü götürməyənlər bu cür şayiələr yaymaqla məşğuldurlar. Hətta elə adamlar var ki, öz məqsədlər üçün xəstəliyin yayılmasını da arzulayırlar. Dolların bahalaşacağı, manatın ucuzlaşacağı ilə bağlı əsassız informasiyalar yayaraq əhali arasında təşviş yaratmağa cəhd edirlər. Bu cür çirkin şəxslərin varlığı təəssüf doğurur. Hamımız onları sərt şəkildə qınamalıyıq”.
E.İbrahimov bildirib ki, Azərbaycanın hansısa problemi fərd olaraq hər birimizin problemi olmalıdır:
“Belə məqamlarda həmrəy olmalı, bir-birimizə dəstək verməli və birgə çalışmalıyıq. Operativ Qərargah öz işini çox yüksək səviyyədə həyata keçirir. Bu sahədə görülən işlər göz qabağındadır.
Bəzilərinin iddia etdiyi kimi qiymətlərdə heç bir dəyişiklik yoxdur və manatımız sabitdir. Əfsuslar olsun ki, şayiələrə aldanan bəzi insanlar banklara hücum çəkirlər. Buna ehtiyac yoxdur. Dövlət çox düzgün və hərtərəfli siyasət həyata keçirir. Bütün ehtiyat tədbirləri görülüb.
Neftin qiyməti indi 30 dollar civarındadır, amma müəyyən müddət sonra qiymət qalxa bilər. Bu, dünyada gedən proseslərdən asılıdır. Heç kim dəqiq proqnoz verə bilməz ki, sabah neftin qiyməti daha da aşağı enəcək və ya qalxacaq.
Ən əsası odur ki, Azərbaycanın dayanıqlı iqtisadiyyatı var. Dövlət başçısının apardığı iqtisadi siyasət bütün problemlərin öhdəsindən gəlməyə imkan yaradır. Ona görə də mən çox arxayınam. Heç bir əsas olmadan aranı qarışdıranlara təəssüf edirəm. Xalq dara düşəndə birlik nümayiş etdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə