“Bağ evlərinin qiyməti bahalaşacaq”
Fidan Həmişəyeva
12:12 31.03.2021
İqtisadiyyat
640
Yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı ehtimalı böyükdür. Bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib.N.İbrahimov vurğulayıb ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.
Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunacaq. O, qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.
Qiymət artımının səbəblərini “Sherg.az”a açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, hələ ki, dünyada pandemiya ilə bağlı qeyri-müəyyənlik davam etdiyindən indidən xaricə səfərlərin müəyyən problemlər meydana gətirəcəyini demək olar:
“Çox güman ki, yay mövsümündə istirahət etmək istəyən Azərbaycan vətəndaşlarının bir qismi dəniz kənarında yerləşən bağ evlərinə üstünlük verəcəklər. Beləliklə bağ evlərinə daha çox tələb yaranacaq. Təbii ki, tələb çox olduğu üçün qiymət artımı da müşahidə edilə bilər. Sərhədlərin tamamilə açılmaması, səyahətlərin bərpasının baş tutması əlbəttə, keçən ilki kimi bu il də bağ evlərinin qiymətini bahalaşdıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual