Banklar niyə bağlanır? – “Aldıqları krediti qaytara bilmirlər, məcburiyyətdən...”
Banuçiçək Kalbalıyeva
10:15 17.02.2020
İqtisadiyyat
1500
2010-cu ildə təsis edilmiş Bank BTB ASC-nin iki filialı bağlanıb. ASC-nin “Ticarət” filialı artıq “Muğanbank”a satılıb. “Premium” filialının səhmləri isə baş ofisə köçüb. Bank filiallarının bağlanmasını rəsmən elan etməsə də, artıq orada çalışan 50-dən çox işçinin ixtisar olunması haqqında xəbərlər var. Bu proseslər əmanətçiləri narahat edir.
Bank üzrə hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, narahatlıq üçün ciddi səbəb yoxdur. O, Sherg.az –a açıqlamasında deyib ki, son beş ildə bank sistemində bu tendensiya artmaqdadır:
“Çünki bankların fəaliyyəti azaldıqca, xərcləri də azaltmalı olurlar. Bankın filiallarının bağlanması hələ onun fəaliyyətinin dayandırılması demək deyil. Hətta bankın mövcudluğu təhlükə altında olsa belə, bu, narahatlığa əsas verməməlidir. Əmanətçilərin bankdakı 30 min manatadək sığorta edilmiş əmanətləri heç bir problemsiz kompensasiya ediləcək. Əgər əmanətin miqdarı daha çoxdursa, əmanətçilər onu bir neçə fiziki şəxs arasında bölməlidirlər. Məsələn, əmanət 100 min manatdırsa, insanlar onu 5 fiziki şəxs arasında bölərək gələcəkdə əmanətlərinin kompensasiya edilməsini təmin edə bilərlər”.
Ekspertin sözlərinə görə, bankların bağlanması onların aldıqları kreditləri qaytara bilməməsi, ya da bunu istəməməsi ilə bağlıdır:
“Dediyim kimi, son vaxtlar bankların sayı azalır. Məsələn təxminən iki aydır ki, “Atabank”ın vəziyyəti ağırdır. Əgər dövlət maliyyə yardımı göstərməsə, bu, bankın bağlanmasına heç bir şübhə yoxdur. Çünki “Atabank” və onun kimi başqaları aldıqları kreditləri qaytara bilmirlər. Nəticədə isə müştərilər üçün çətinlik yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya