
Benzinə bir manatlıq rəhm: Yanacaq ucuzlaşacaq? -RƏY
09:25 22.05.2025
İqtisadiyyat
416
Ölkəyə idxal olunan Mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 1 manat olacaq.
Nazirlər Kabineti bu barədə qərar verib.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli Sherg.az-a söyləyib ki, bu qərarın əsas məqsədi sosial-iqtisadi sabitliyi qoruyub saxlamaq və infliyasiya təsirlərini azaltmaqdır:

“Dünya bazarlarında neft qiymətlərindəki dalğalanmalar və xarici valyutanın təsirləri idxal edilən yanacağın qiymətlərinə də təsir göstərəcək. Bu da nəticə etibarilə müəyyən gərginliyin yaranmasına səbəb ola bilər. Ona görə də əsas məqsəd infliyasiya təsirlərini aşağı salmaq və ölkəyə yanacaq idxal edən idxalçıların xərclərini azaltmaqdır. Bu, onların xərclərini qismən yüngülləşdirə və ölkədə infliyasiya təsirlərini azalda bilər. Nəzərə almaq lazımdır ki, logistika xərclərinin artması gözləniləndir, eyni zamanda ölkə daxilində yanacağın qiymətlərinin bahalaşması riskləri yaranır. Ona görə də hökumət belə bir qərar verib, amma qərar iyun ayının birinə qədərdir. İyun ayının birindən qərarın qüvvədi olma müddəti artırılmasa, sosial-iqtisadi təzyiqlər çox olacaq. Çünki Azərbaycan əsasən idxal edən ölkələrdən biridir. Yəni daha çox idxal üzərində iqsadiyyatı formalaşmış dövlətdir. Biz yalnız neft və qaz ixrac edən ölkəyik. Ona görə də hər zaman Azərbaycan manatına xarici təzyiqlər mövcuddur. Bu təzyiqlərin davamlı olmasının qarşısını almaq üçün mövsümü və mütəmadi olaraq qısa müddətli də olsa, hökumət belə qərarlar qəbul etmək məcburiyyətində qalır. Ümid edirəm ki, qərarın qüvvədə olma müddəti daha bir neçə ay uzadılacaq. Əgər uzadılmasa, müəyyən risklərinin ortaya çıxması qaçılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm