Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri təyin olunub
Yusif Nəzərli
16:28 23.02.2022
İqtisadiyyat
626
Beynəlxalq Valyuta Fondu (IMF) Çad Steynberqi (Chad Steinberg) Azərbaycan üzrə missiyasının rəhbəri təyin edib.
Bunu “Report”a IMF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.
“Onun təyinatı ilə bağlı Azərbaycan tərəfi ötən il məlumatlandırılıb, hal-hazırda Bakıya onun ilk tanışlıq səfəri təşkil olunub”, – deyə A.Qədirli dəqiqləşdirib ki, Ç.Steynberq uzun müddətdir Valyuta Fondunda çalışır.
Ç.Steynberqin sələfi Natalia Tamirisa 2019-cu ilin yanvar ayından IMF-nin Azərbaycandakı missiyasına rəhbərlik edib.
A.Qədirli həmçinin bildirib ki, fevralın 21-dən 25-dək Bakıda olan Ç.Steynberq hökumətə IMF-nin Azərbaycan üzrə icraçı direktoru Petr Trabinski tərəfindən təqdim olunub. IMF-in missiyasına həmçinin Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Jiri Conas (Jiri Jonas) və Qustavo Ramires (Gustavo Ramirez) də daxildir. Maliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikərində, Mərkəzi Bankda görüşlər keçirən missiya üzvləri həmçinin işğaldan azad olunmuş Ağdama da səfər ediblər. "Report"un məlumatına görə, qonaqlar Şuşaya da səfər edəcəklər.
Qeyd edək ki, 1992-ci ilin 18 sentyabr tarixindən üzvlüyünə qəbul olunduğu IMF-dən Azərbaycan 2006-cı ildən bu yana maliyyə vəsaiti cəlb etmir, tərəflər arasında əməkdaşlıq Fondun Nizamnaməsinin IV maddəsinə dair məsləhətlər və makroiqtisadi siyasətin başlıca istiqamətlərinə dair texniki dəstək missiyaları çərçivəsində həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə