“Birdən-birə iki bankı bağlamaq düzgün deyil” – Ekspert narazıdır
Banuçiçək Kalbalıyeva
12:00 06.05.2020
İqtisadiyyat
1017
“Təkcə əmanətçilər yox, bank işçiləri üçün də problemlər yaranacaq”
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə zamanında əhalini çətin sınaq qarşısında qoyan daha bir neçə məqam var. Onlardan ən başlıcası da bankların bağlanmasıdır. Artıq “Atabank”ın və “Əmrahbank”ın lisenziyaları ləğv olunub. Bu, əmanətçilər, eləcə də bank əməkdaşları üçün gözlənilməz idi. Bir tərəf batan əmanətlərinin, digəri isə işinin, çörəkpulunun dərdini çəkir. Amma, deyəsən, Mərkəzi Bankın əlindəki “qılınc”ı hələ də yerə qoymaq fikri yoxdur…
Koronavirus qədər müzakirə olunan bank məsələləri haqqında “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirlinin fikrincə, başqa addımlar da atmaq olardı:
“Alternativ həmişə var. Birdən-birə bu qədər radikal davranıb iki bankın lisenziyasını əlindən almaq düzgün deyil. Ən azından onlara xəbərdarlıq edilməli, möhlət verilməli idi. İndi təkcə əmanətçilər yox, bank işçiləri üçün də problemlər yaranacaq. Həm də bankların inzibati yolla fəaliyyətinə son qoyulması iqtisadi məntiqlərə uyğun deyil”.
Ekspert bank mühitində yaranan neqativ halların səbəbləri haqqında da danışıb: “Əsas həlledici amil faizlərin çoxluğudur. Bu da öz növbəsində idarəçiliyə mənfi təsir göstərir. Həm də audit düzgün aparılmır. Ona görə də bu cür hallar yaşanır”.
N.Bəydəmirliyinin sözlərinə görə, məsələnin köklü həlli üçün iqtisadi siyasətdə islahatlar aparılmalıdır:
“Ümumi iqtisadiyyat inkişaf etmədiyi müddət ərzində heç nə tam düzəlməyəcək. Məmur sahibkarlığı, korrupsiya tamamilə aradan qalxmalıdır. Regionçuluq unudulmalıdır. İstedadlı, məsuliyyətli adamlar vəzifəyə gətirilməlidir. Banklarla bağlı ən əsas məqam isə ondan ibarətdir ki, müstəqillik olmalıdır. Bank hökumətdən asılı yox, öz fəaliyyətində tam sərbəst addım atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm