Birinci vitse-prezidentin köməkçisi: "Aparılan islahatlar insanların maddi durumuna müsbət təsir göstərir"
10:11 24.09.2019
İqtisadiyyat
697
“Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə bu təşəbbüslər xüsusi vüsət alıb. Bunun da müəyyən obyektiv səbəbləri var”.
APA -nın məlumatına görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans və “stm.az”saytının təqdimatında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov bildirib.
Birinci vitse-prezidentin köməkçisi deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet ittifaqı ölkələri arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə olub: “Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı. İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.
E.Hüseynov qeyd edib ki, aparılan islahatları insanların maddi durumuna müsbət təsir göstərir:
“2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə inflyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq, hökumət çox konservativ fiskal siyasət yürütdü bu illərdə. Əsas məqsəd makoriqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqlarının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövrlərdə də iqtisadi artıma müəyyən təkan verəcək effektə malik olacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxışında deyib ki, bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb. Başqa sözlə, minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da bir milyon 350 min insanı əhatə edir. İl ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir: “İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub, ilin əvvəlindən 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunur. İstənilən islahat tədbirlərini şərtləndirən müəyyən amillər var. Bu, qeyri-adekvat struktur, hər hansı korrupsiya və süründürməçilik məsələləri ola bilər. O halda hər hansı səmərədən və vəzifədən danışmaq sadəlövhlük olardı. Burada əsas məsələ insanlarda qurumlarda düşüncə tərzinin transformasiyasıdır və Prezidentin vizionunu konkret tədbirlərə çevirməkdir. Nazirliyin fəaliyyətində Sosial Tədqiqatlar Mərkəzinin hesabatlarına da istinad edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə