Bizdə maşın bahadır: Gürcüstanda ən kasıb adam da son model avtomobil ala bilir
Banuçiçək Kalbalıyeva
10:37 02.03.2020
İqtisadiyyat
885
Son zamanlar ölkənin maşın bazarında durğunluq müşahidə olunur. Ekspertlər bu sabitliyin yaz aylarına qədər davam edəcəyini və aprel ayından etibarən qiymətlərin bahalaşacağını deyirlər.
“Avtosfer” saytının redaktoru Elməddin Muradlı isə Sherg.az-a açıqlamasında deyir ki, bu, bir az təəccüblüdür:
“Adətən yay aylarında avtomobillərin qiyməti ucuzlaşır. Bahalaşma isə ilin əvvəlində və sonunda müşahidə olunur. Ancaq tədricən avtomobillərin qiymətinin bahalaşması gözlənilməz deyil. Bu, gömrük rüsumu ilə bağlıdır. İkinci bir tərəfdən isə avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər üçün normal şəraitin yaradılmaması və bizim dünya təcrübəsindən istifadə etməməyimiz də məsələyə təsir edən amillərdəndir. Həm də təhlükəsizlik baxımından köhnə avtomobillərin ölkəyə gətirilməsi qadağan olunduğuna görə, insanlar məcbur olub yeni avtomobillər alırlar. Təbii ki, yeni avtomobilin də qiyməti daha baha olur. Ancaq gərək Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Dövlət Yol Polisi də insanların bu qadağaya əməl etmələrinə şərait yaratsınlar. Məsələn qonşu Gürcüstanda ən kasıb adam belə son model avtomobil ala bilir. Bizdə isə bu, mümkün deyil”.
Ekspertin sözlərinə görə, gələcəkdə avtomobillərin qiymətində nisbətən ucuzlaşmanın olması istisna edilmir:
“Düzdür, ildən-ilə qiymətlər bahalaşır. Ancaq Ələtdə Azad Ticarət Zonasının yaradılması məsələyə müsbət təsir göstərə bilər. Düşünürəm ki, Azad Ticarət Zonası sayəsində həm yerli, həm də xarici istehsallı avtomobillərin qiyuməti ucuzlaşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya