BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədi: “Azərbaycan regional liderdir”
Turan
11:19 11.07.2020
İqtisadiyyat
991
“Uğurlarımız dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur”
Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı isnkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.
Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb.
Ölkəmiz üçün kifayət qədər böyük uğur sayılan bu nəticəni "Sherg.az"a dəyərləndirən millət vəkili Azər Badamov bildirib ki, ölkə rəhbərinin həyata keçirdiyi siyasət insanların rifahının yaxşılaşmasına hesablanıb.Deputat vurğulayıb ki, son 17 ildə insan həyatı üçün vacib, həyat şəraitini yaxşılaşdıran geniş islahatlar həyata keçirilib:
"Regionların sosial iqtisadi inkişafı haqqında 3 dövlət proqramının tətbiqi və 4-cü dövlət proqramının icra olunmasına başlanması Azərbaycanın inkişafına gətirib çıxarıb. Cənab prezidentin siyasəti "hər şey insan üçündür" devizi ilə davam etdirilir. Əlbəttə, gördüyümüz işləri hər hansı beynəlxalq təşkilatın reytinqinə düşmək xətirinə etmirik. Məqsədimiz vətəndaşın rifahının yaxşılaşdırılmasıdır. Amma bunula yanaşı Azərbaycan dünyanın bir parçası olduğundan beynəlxalq təşkilatlar ölkəmizdəki prosesləri yaxından izləyir. Hesabatlarda dünya ölkələrinin reytinqi sırasına düşürük".
Parlament üzvü qeyd edib ki, Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı- 2020” sənədində tutduğu mövqeyinə görə regional liderliyə haqq qazanıb:
"Azərbaycan hesabatda 100 balından 72,6 bal toplamaqla Şərqi Avropa və Mərkəzi Asiya regionunda orta göstərici olan 70,9 baldan yuxarı bal toplayıb. Hesabatda bir çox istiqamətlər üzrə, məsələn, gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb, hər 100 min nəfərə görə ana və körə ölümü aşağı olub və s. ciddi uğurlar əldə olunub.
Son 17 ildə ölkəmizdə yenidən qurulan sosial infrastrukur, səhiyyəmizin müasirləşməsi, ölkədə mövcud olan mili təhlükəsizlik, milli həmrəylik mühiti, 2019-cu ildə icra olunan iki sosial paket insanların maddi vəziyyətini yaxşılaşdırıb.
Uğurlarımız beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı ölkəmizi regional liderə çevirib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
E5 ölkələri Ukraynanı NATO-ya yaxınlaşdırmaq istəyirlər
23:47 24.06.2026
Dünya
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
23:25 24.06.2026
Dünya
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya