Böyük planlarımız var
Yusif Nəzərli
09:30 15.02.2022
İqtisadiyyat
667
Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım əvvəlcə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib. Bildirilib ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Azərenerji” ASC tərəfindən 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib.
Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Vurğulanıb ki, Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb.
Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub. Bildirilib ki, Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Prezident İlham Əliyev ötən gün “Azərtac”a müsahibəsində bildirib ki, ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur. Dövlət başçısı xatırladıb ki, müstəqilliyin ilk illərində enerjinin gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi. Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Ölkə rəhbəri vurğulayıb ki, biz həm ölkə daxilində, həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik: “Əlbəttə, həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün böyük planlarımız var”.
Millət vəkili Cavid Osmanov deyib ki, müasir enerji obyektlərinin istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcək. Deputat bildirib ki, irihəcmli enerji obyektlərinin inşası zaman tələb edən məsələdir:
“Ancaq ən qısa mümkün vaxt kəsiyində belə enerji obyektlərinin inşa edilməsi ölkəmizin iqtisadi gücünün göstəricisi hesab edilməlidir. Daxili imkanlar hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi Azərbaycanın maliyyə və texniki imkanlarından xəbər verir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində ötən il ölkəmizdə 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib. Onun 1,6 milyard kilovat/saatı ixrac olunub. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkələrdən biridir. Həm artan daxili tələbat, həm də xaricdə Azərbaycanın enerji gücünə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda demoqrafik mənzərənin müsbət olması daxili tələbatı artıran əsas amildir. İqtisadi artımın əldə edilməsində elektrik enerjisinin ixracatı mühüm rol oynayır. Azərbaycanın 4 qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisinin həcmi artmaqdadır. Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və düşünülmüş strategiya nəticəsində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət