Bu tarixədək kredit ödəməyənlərə faiz hesablanmayacaq
18:24 04.07.2021
İqtisadiyyat
604
Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyə müddətini bu il oktyabrın 1-dək uzadıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə deputat Vüqar Bayramov bildirib. O, deyib ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamalıdır:
"Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları "qara siyahı" adlandırılan siyahıya daxil edilməməlidir".
Deputat qeyd edib ki, Milli Məclisin 27 may 2021-ci il tarixli Plenar İclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında "qara siyahı" adlandırılan siyahıya salınmamasını təklif edib.
Qeyd edək ki, 2019-cu il 28 fevral tarixli Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana görə, vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi təmin edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq