
bütün dünya elektromobillərə keçid dövrü yaşayır
10:46 24.05.2024
İqtisadiyyat
721
Elektromobilə olan tələbatı nəzərə alaraq Azərbaycanda növbəti illərdə bu tip avtomobillərin istehsalı və ixracı ilə bağlı layihələr gözlənilir.
Bunu “Report”a açıqlamasında Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova deyib.
O bildirib ki, ümumilikdə 2024-cü ildə Azərbaycanda 8 000 avtomobil istehsalı nəzərdə tutulub ki, bunlardan 6 000-i minik avtomobilləri, 2 000-i isə yük avtomobilləri və avtobuslardır.
İcraçı direktorun sözlərinə görə, avtomobillərin qiyməti 17 min 800 manatdan başlayır və bu rəqəm 160 min manata qədər dəyişir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd (il ərzində 75,2 % artıb) yük avtomobili və 948 ədəd (-24,7 %) minik avtomobili istehsal edilib.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, bütün dünya elektromobillərə keçid dövrü yaşayır:

“Qənaətciliyi, ekoloji cəhətdən sərfəliyi, qiymətin ucuzluğu və dövlətin buna dəstəyi qiymətə təsir göstərərək yeni avtomobil əldə etmək istəyənlərə bu tip avtomobil seçməyə imkan verir. Ölkəmizdə avtomobil istehsalı deyərkən onun ehtiyat hissələrini xaricdən əldə edirik. Yaxşı olardı ki, avtomobilin mühərrik və digər hissələr xaric olmaqla bir çox ehtiyat hissəsini özümüz istehsal edək. Bu sahədə ciddi təşviqat addımları atılsa, elektromobildə istehsal etmək asan olar. Məsələn bir neçə il öncə gördük ki, Türkiyədə bu istiqamətdə ciddi addımlar atıldı. Yəni onlar öz brendlərini, markalarını yaradaraq istehsala başlayıblar. Elektromobilin hissələri və parçaları daha azdır. Daxiliyanma mühərriklərinə nisbətən onda batareyadır. Hazırda gömrük rüsumu və əlavə dəyər vergisi tətbiq edilmir. Ancaq bu müvəqqəti xarakter daşıyır. Vətəndaşlar bu istiqamətdə addımlar atsın deyə. Ölkəmizdə elektromobil istehsal olunarsa, vergi, gömrük siyasəti yəqinki dəyişə bilər. Ölkədə istehsal olunan avtomobillər alınsın deyə, xaricdən gələnlərə gömrük rüsumu və ƏDV tətbiq edilə bilər. Hazırda xaricdən idxal olunanlara ƏDV və gömrük rüsumu alınmır. Mühərrik işhəcmi olmadığına görə aksiz vergisi də alınmır. Tam sıfır vergi ödəməklə xaricdən ölkəyə elektromobillər gətirilə bilir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol