Cari ildə 90 bazar subyekti tərəfindən reklam qanunvericiliyi pozulub
Yusif Nəzərli
05:53 25.12.2023
İqtisadiyyat
512
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cari ilin 11 ayı üzrə 90 bazar subyekti tərəfindən bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, görülən tədbirlər nəticəsində aşkar edilən pozuntular həmin bazar subyektləri tərəfindən könüllü aradan qaldırılıb və Xidmət tərəfindən onların gələcək fəaliyyətlərində bu cür pozuntulara yol verilməməsi haqqında göstəriş (məktub) verilib.
Dövlət Xidmətindən verilən məlumçatda bildirilib ki, əlavə olaraq 5 bazar subyekti barəsində istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmaqla haqsız rəqabətə yol vermə əlamətləri üzrə iş qaldırılıb.
Qeyd edək ki, “Reklam haqqında” qanunvericiliyin tələblərinə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadəyə yol verilmir.
“Haqsız rəqabət” haqqında qanunvericiliyin tələblərinə əsasən, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması istehlakçıların çaşdırılması və haqsız rəqabətə səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm