Deputat: "İqtisadi artım 2.4 faiz səviyyəsində olub, bu da yaxşı göstəricidir"
11:14 04.08.2019
İqtisadiyyat
1213
Prezident İlham Əliyev 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə əldə olunan nailiyyətləri konkret faktlarla açıqladı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, 2019-cu ildə Azərbaycanın inkişafı üçün istər beynəlxalq aləmdə, istərsə də ölkədə uğurlu addımlar atılıb, Azərbaycan iqtisadiyyatı xeyli inkişaf edib: "Bu inkişaf Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi qeyri-neft sektorunda daha çox nəzərə çarpır. İlin birinci yarısında respublikamızda iqtisadi artım 2.4 faiz səviyyəsində olub ki, bu da yaxşı göstəricidir. Qeyri-neft sənayesinin 15.7 faiz artması isə xüsusilə təqdirəlayiqdir. Deməli, qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verib".
T.Rzayev qeyd edib ki, Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərin məzmunlu sosial siyasət həyata keçirib: "Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsini nəzərdə tutuan son sərəncamları Azərbaycan xalqına sonsuz məhəbbətdən, diqqət və qayğıdan qaynaqlanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ilin ötən dövründə reallaşdırılan sosial paketlərin nəticəsində minimum əməkhaqqında demək olar ki, iki dəfə, minimum pensiyada 72 faizlik artım baş verdi. Bu sosial paketlər 4,2 milyon vətəndaşı əhatə edir. Bunun nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq".
Deputat vurğulayıb ki, bütövlükdə, Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir: "Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri olan ölkələrin sayı azdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət