Deputat: Siyasi iradə nəticəsində artıq ölkəmizdə güclü iqtisadiyyat formalaşıb
09:30 11.08.2019
İqtisadiyyat
576
Bu gün dövlətimiz qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır. Sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Cənab prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün regionlarda kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf edir. Fermerlərə subsidiyalar ayrılır. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sona Əliyeva deyib.
Millət vəkili bildirib ki, bu uğurlara ölkəmizdə həyata keçirilən islahatlar sayəsində nail olunub: "Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və nümayiş etdirdiyi siyasi iradə nəticəsində artıq ölkəmizdə güclü iqtisadiyyat formalaşıb. Son illərdə isə aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar və sair buna əyani sübutdur".
Millət vəkili bildirib ki, bu mənada iqtisadi göstəricilərin ilin ikinci yarısında da artan xətlə yüksələcəyi gözləniləndir: "Aparılan islahatların müsbət nəticələri dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Fikrimi faktlarla əsaslandırmaq istərdim. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Bununla da MDB ölkələri arasında lider mövqeyə yüksəlib.
Digər tərəfdən, “Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Avropa İttifaqı şirkətlərinin 74%-i cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda isə iştirak etmiş şirkətlərin 75%-i “Azərbaycana yenidən investisiya qoyardınızmı” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək dəyərləndiriblər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə