Ehtiyac meyarı ləğv edilsin - Milli Məclisdə məsələ qaldırıldı
13:04 13.11.2019
İqtisadiyyat
504
Azərbaycanda ehtiyac meyarının ləğv olunması təklif edilir. Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, dəfələrlə bu məsələni Azərbaycan parlamentinin sədri də qaldırıb.
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl belə bir stereotip var idi ki, yaşayış minimumunu və minimum əməkhaqqını bir-birinə yaxınlaşdırmağa uzun illər tələb olunur.
“Amma Prezidentin bir fərmanı ilə minimum əməkhaqqı yaşayış minumumuna yaxınlaşdırıldı. Hazırda ondan da yuxarıdır. Ona görə də ehtiyac meyarının ləğv olunması məsələsini də həll etmək olar. Bu məsələ nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır”.
Qeyd edək ki, 2020-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub.
Yaşayış minimumu isə ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya