
Ekspert istisna etmir: “Aİ-92” də bahalaşa bilər”
Ekspert istisna etmir: “Aİ-92” də bahalaşa bilər”
11:45 15.09.2021
İqtisadiyyat
552
Azərbaycanda bu gündən etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib. “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək. Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.
Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir. Son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi. SOCAR bu barədə verdiyi açıqlamada “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşmasının mənbə ölkədəki qiymət artımı ilə əlaqələndirib.
Əlbəttə, yanacağın bahalaşması heç də xoş gələcəkdən xəbər vermir. Məlum olduğu kimi, bir çox sahibkar qiymət artımı üçün bir “him” axtarır.

“Sherg.az” olaraq sözügedən yanacaq markalarının qiymətinin bahalaşması və bunun təsirləri barədə ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbət etdik:
- “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin bahalaşmasının iqtisadi əsası var idimi?
- Bir neçə il əvvəl dövlət bu markalı yanacaqların qiymətinin tənzimlənməsindan imtina etdi. Və bundan sonra qiyməti bazarın tənzimləyəcəyi barədə elan verildi. Amma bu, olmadı. Hazırda bazardakı yeganə “oyunçu” SOCAR-dır. Adını çəkdiyim qurum qiymətləri istədiyi kimi diktə edir.
- Açıqlamada qiymət artımının dünyadakı bahalaşma tendensiyasına uyğun olduğu deyilir...
- Bu, ilk baxışdan məntiqlidir. Lakin sual yaranır: keçən il dünyada yanacağın qiyməti 20-30 dollar ucuzlaşanda, bu, Azərbaycanda niyə müşahidə edilmədi? Təəssüf ki, ölkəmizdə ancaq qiymət artım görürük. İkinci bir tərəfdən, neft ölkəsi olan Azərbaycan niyə indiyədək müasir neftayırma zavodu inşa edib, istifadə vermədi? Belə olsa, xaricdən asılılıq xeyli azalar, hətta biz başqa ölkələrə yanacaq satardıq. Bu, hökumətin ciddi strateji səhvidir. Biz 95 markalı neftin 72 faizini Rusiyadan alırıq. Necə oldu ki, Rusiya yanacaq ixrac etməyi bacardı, bizsə yox?!
- 92 markalı benzinin qiymətinin gələcək perspektivi barədə nə düşünürsünüz?
- Bu növ yanacağın qiyməti yanvarda artdı. Və əslində sonradan sürətli bahalaşmanın əsası da o vaxtda qoyuldu. Nəticədə infliyasiya artdı, insanların ümumi gəlirləri azaldı. Gələcəkdə 92 markalı benzinin qiymətinin yenidən bahalaşması da istisna deyil.
- Bəs bu bahalaşmaların ərzaq məhsullarının qiymətinə təsiri nədən ibarət olacaq?
- “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin iqtisadiyyata birbaşa təsiri yoxdur. Bu növ benzinlərdən yeni avtomobillərdə istifadə olunur. Amma qiymət artımı üçün psixoloji əsas ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu seçkilərin “oğurlanmağa çalışıldığını” iddia etdi
19:47 27.10.2026
Dünya
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm