Elektromobillərə keçid qaçılmaz prosesdir
Fidan Həmişəyeva
10:22 05.06.2021
İqtisadiyyat
771
"Biz bu keçidi nə qədər mümkündürsə, bir o qədər tez reallaşdırmalıyıq"
“Gələn ildən Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına başlanacaq ki, bununla da qiymət artımından sığortalanacağıq”. Bu barədə millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, Aİ-95 və Aİ-98 oktanlı benzinləri özümüz istehsal etmirik, xaricdən satın alırıq. Dünya bazarında hər iki markadan olan benzinin qiyməti qalxdığından bizdə də qalxır:
“Ölkəmizdə yüksək oktanlı benzinə tələbat cəmi 5 faiz olduğundan, həmin növ yanacaq bahalı maşınlar üçün nəzərdə tutulduğundan qiymət artımını əhalinin əksər hissəsi öz üzərində hiss etməyəcək. Amma məncə, biz artıq yüksəkoktanlı benzinin istehsalından daha çox, Azərbaycanda elektrik enerjisi generasiyasının artmasına, infrastrukturunun təkmilləşdirilməsinə diqqət etməliyik. Ölkədə elektrik doldurma stansiyalarının sayı artırılmalı və coğrafiyası genişləndirilməlidir. Düzdür, buna hələ böyük ehtiyac duyulmur. Çünki Azərbaycanda elektriklə işləyən avtomobillər həddən artıq azdır və tezliklə artma meyli hiss edilmir. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA)nın araşdırmasına görə, satılan avtomobillərin 14,7 faizi elektriklə işləyən, yaxud hibrid mühərriklidirlər. Bu növdən olan avtomobillərin satışında nə az, nə çox, düz 97,1 faiz artım var. Azərbaycana gəldikdə isə cari ilin ilk dörd ayında ölkəyə 23 min 854 avtomobil gətirilib ki, o da ötən ilin eyni dövrüylə müqayisədə 38,7 faiz çoxdur. Amma gətirilən avtomobillərin cəmisi 24-ü elektriklə işləyir, 2 min 805-i isə hibrid mühərriklidir”.
Parlament üzvü vurğulayıb ki, aparıcı ölkələrdə elektriklə işləyən avtomobillərə böyük üstünlük verildiyi halda bizdə yanaşma fərqlidir:
“Bilirsiniz, Norveçdə hazırda elektriklə işləyən avtomolillərin sayı nə qədərdir? Onlar artıq ölkənin avtomobil parkının hardasa 40 faizini təşkil edirlər və cəmi dörd ildən sonra orada bu göstərici 100 faizə çatacaq. Norveç elə də böyük ölkə deyil. Lakin dünyada satılan avtomobillərin az qala üçdən biri Çinin payına düşür ki, orada da 2025-ci ildə elektriklə işləyənlər bazarın 25 faizni təşkil edəcək. Bir sözlə, elektromobillərə keçid qaçılmaz prosesdir və biz bu keçidi nə qədər mümkündürsə, bir o qədər tez reallaşdırmalıyıq. Onun üçün də elektromobillər alınarkən Norveçdəki kimi verginin hər iki növündən azad edilməli, pulsuz dayanacaqlar və s. güzəştlər nəzərdə tutulmalıdır. Eyni zamanda ona da hazır olmalıyıq ki, bu, dünya bazarında neftə tələbata da təsirsiz ötüşməyəcək. Son illərədək istehsal olunan neftin 44 faizini benzin və dizellə işləyən avtomobillər sərf edirdilər. Ancaq bu rəqəm durmadan azalmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərurda ər arvadını qətlə yetirib
00:14 01.08.2026
Hadisə
Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi
23:57 31.07.2026
Siyasət
Tramp: İrana çox ağır zərbə vuracağıq
23:36 31.07.2026
Gündəm
Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib
23:13 31.07.2026
Dünya
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya