Ərzaq məhsulları bahalaşır!- Səbəb:“Məmur sahibkarlığı...”
Banuçiçək Kalbalıyeva
12:36 27.08.2021
İqtisadiyyat
625
Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində yenidən artım hiss olunur. Əslində bu, daha o qədər təəccüblü deyil. Təəssüf ki, eyni tendensiya iki-üç aydan bir təkrarlanır. Bilmirəm, qiymətlərin ucuzlaşan vaxtı olacaqmı və mən bir jurnalist kimi sevinərək, necə deyərlər, gözüm-könlüm açılaraq oxuculara bu barədə xəbər verə biləcəmmi.
Nə qədər bahalaşmadan danışasan, yazasan?! Ya da qiyməti nə qədər, haradək artırasan?!
Vətəndaşların narazılıqları az deyil. Onlar xüsusilə süd məhsullarının, o cümlədən yağın, dondurmanın bahalaşdığını deyirlər.
“Yoqurtların qiyməti 45 qəpik bahalaşıb. Dondurma da var ki, bir gündə 15 qəpik bahalaşdı”- deyən, gücü bu barədə “Facebook”da status yazmağa çatan sakinin əməkhaqqı da, görəsən, artırılırmı?! Mən inanmıram.
İqtisadçı-alim Nazim Bəydəmirli bahalaşmanın səbəblərini “Sherg.az”a sadaladı:
“Bu, bəzən mövsümi xarakter daşıyır. Amma yeganə məqam mövsümlə bağlı deyil. Belə olsa, yay aylarında meyvə daha ucuz olardı. Bahalaşmanın köklü səbəbləri var - məmur sahibkarlığı, inhisarçılıq, gömrük orqanlarının fiskal siyasəti…
Nəzərə almaq lazımdır ki, Azərbaycan əsas qida məhsulları baxımından özü - özünü təmin edə bilmir.
Üstəlik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün pay torpağı paylanan vətəndaşlar bu və ya digər səbəbdən iqtisadi miqrasiya etməli olurlar.
Üstəlik, böyük holdinqlərin “söz sahibi” olması, vətəndaşın pay torpağından istifadənin məhdudlaşdırılması, suvarma suyunun olmaması, Kənd Təsərrüfatı nazirliyinin fəaliyyəti, yarıtmaz kadr siyasəti vəziyyəti bir az da pisləşdirir və birbaşa vətəndaşların sosial imkanlarına təsir göstərir. Deməli, kompleks yanaşmaya ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya