
Ətin qiymətinin stabil qalması müvəqqətidir
Yusif Nəzərli
16:36 14.05.2022
İqtisadiyyat
684
Kəndlərdə yaşayan əhali heyvan saxlasa da, onu otarmaq üçün yer tapa bilmirlər
"Bəzi rayonlara baxsaq, heyvanları otlaq sahəsində yox, şəhərin rayon mərkəzində görə bilərik"
Azərbaycana idxal edilən heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar 15 faiz gömrük rüsumundan azad edilib.
Bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Qərara əsasən, heyvanların yemlənməsi üçün həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə faizdən az olan, tərkibində süd məhsulları 50 kütlə faizdən az olmayan, lakin 75 kütlə faizdən az olan, tərkibində süd məhsulları 75 kütlə faizdən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə faizdən az olan, tərkibində süd məhsulları 10 kütlə faizdən az olmayan, lakin 50 kütlə faizdən az olan, tərkibində süd məhsulları 50 kütlə faizdən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə faizdən az olan, tərkibində süd məhsulları 10 kütlə faizdən az olmayan, lakin 50 kütlə faizdən az olan, tərkibində süd məhsulları 50 kütlə faizdən az olmayan, tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, o cümlədən melassa əlavəsi ilə çuğundur cecəsi idxal gömrük rüsumundan azad olunub.

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, qiymətlər aşağı salınsa da, ölkədə olan mövcud vəziyyətə baxmaq lazımdır:
"Mövcud statistik rəqəmləri nəzərə alsaq, 12 faizlik inflyasiya nisbətində 15 faizlik güzəşt ətin qiymətinin stabil saxlanması üçün atılan addımdır. Amma bu addım kifayət edirmi? Əlbəttə, tam olaraq, yox. Ölkədə heyvan yeminə olan tələbatı minimuma endirmək üçün işğaldan azad olunan ərazilərə fermaların köçürülməsi prosesi sürətlənməlidir.
Bundan əlavə, azad rəqabət mühiti yaradılmalıdır. Otlaq sahələrinin sayı çoxalmalıdır. Hazırda insanlar otlaq üçün yer tapa bilmirlər. Bəzi rayonlara baxsaq, heyvanları otlaq sahəsində yox, şəhərin rayon mərkəzində görə bilərik. Kəndlərdə yaşayan əhali heyvan saxlasa da, onu otarmaq üçün yer tapmadığında başlı-başına buraxır. Sovet dövründə belə problemlər yox idi.
Hər kəs həftədə bir dəfə qonşusunun heyvanları ilə birgə örüşə gedirdi. İstəmirdisə, pul qarşılığında çoban otarırdı. Mövcud vəziyyət onu göstərir ki, örüş yerləri tükənib. İmkanlı insanlar otlaqları alıb, özləri üçün istifadə edir. Eyni zamanda həmin örüş yerləri digər məqsədlər üçün işlədilir. Hesab edirəm ki, atılan addım ətin qiymətini müvvəqəti, stabil saxlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol