Gecikirik!- Bərpaolunan enerjidən istifadəyə başlamalıyıq
Turan
01:50 26.05.2021
İqtisadiyyat
903
Bunun sayəsində vətəndaş daha ucuz qiymətə enerji ala biləcək
Milli Məclisin plenar iclasında çıxış edən deputatlar bərpaolunan enerjidən istifadənin vacibliyini vurğulayıblar. Millət vəkili Musa Quliyev deyib ki, bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin maya dəyərinin hesablanması lazımdır. Deputatın fikrincə, maya dəyəri hesablanmalıdır ki, bu, sonradan elektrik enerjisinin qiymətinin bahalaşmasına gətirib çıxarmasın: “Digər tərəfdən Azərbaycanda əksər regionlar günəşlidir. Vətəndaşların evlərinin üzərinə günəş panellərinin qoyulması mümkün olacaqmı?”.
Deputat Asim Mollazadə bildirib ki, alternativ bərpaolunan enerji ilə bağlı qanunun qəbul edilməsi işğaldan azad edilmiş torpaqlara qayıdış üçün zəruridir: “Hamı gözəl bilir ki, Azərbaycanın neft strategiyası uğurlu olub. Biz çalışmalıyıq ki, Azərbaycanda alternativ bərpaolunan enerji mənbələrindən istifadə genişlənsin. Hətta Azərbaycanda günəş panelləri istehsal edilməlidir. Məhz Azərbaycanda emal olunan sistemlərlə alternativ bərpaolunan enerji mənbələrindən istifadə genişlənməlidir”.
Parlament üzvü Fazil Mustafa qeyd edib ki, Azərbaycanın ən çox gecikdiyi sahələrdən biri bərpaolunan enerji məsələsidir:
“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyasını təklif etməsi, orada yaşıl enerji zonalarının yaradılması məsələləri bərpaolunan enerji üzərində bu məntəqələrin qurulmasının təşviq edilməsi cəmiyyəti düşünməyə vadar etdi. Bu günə qədər bu sahə ilə bağlı qurumların fəaliyyəti tam effektsiz olub. Biz elə mexanizm qurmalıyıq ki, bu sahənin nə qədər vacib olduğunu göstərə bilək. Vətəndaşların çoxu bunun mahiyyətini heç bilmir. Bərpaolunan enerji variantında vətəndaş daha ucuz qiymətə bu enerjini ala biləcək. Türkiyədə istirahət zonalarında elə bir ev yoxdur ki, üzərində günəş panelləri quraşdırılmasın. Mütləq bu sahəni dirçəltmək lazımdır. Ya Türkiyədən, ya Avropadan bu sahəni bilən mütəxəssisi gətirib başa qoymaq lazımdır. Əsas kadr məsələsidir. Bu sahədə kadr məsələsini biz həll etməliyik”.
Deputat Sadiq Qurbanov isə bəyan edib ki, burada ən böyük üstünlük yaşıl tarifin tətbiqidir:
“Zəmanətli alıcı anlayışı mövcud olacaq. Burada monopolist sözü aradan qaldırılacaq. İstehlakçı ola-ola istehsalçıya çevrilə biləcəyik. Fiziki şəxslər 10 meqavata qədər enerjini heç kimdən icazə almadan günəş panellərini alıb gətirib özü istifadə edə bilər. Bunu satmaq məqsədilə edəndə isə artıq hərracda iştirak etməli olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə