Gecikirik !- “Onlayn alış-veriş və nağdız ödənişə keçməliyik !”
Banuçiçək Kalbalıyeva
13:22 18.06.2020
İqtisadiyyat
835
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) alış-verişlərlə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə koronavirus (COVID-19) pandemiyası dövründə onlayn alış-verişə üstünlük verilməsi tövsiyə olunub:
"Dostlar və əzizlərinizlə virtual görüşlərə üstünlük verin. Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin. Bununla siz ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərsiniz".
İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında Azərbaycanda bu təcrübənin tətbiqi üçün ciddi problemlərin olduğunu dedi: “Biz gecikirik. Nəinki Avropa ölkələrində, hətta qonşularımızda da bu tendensiya artıq formalaşıb. Məsələn, Türkiyədə onlayn alış-veriş ümumi ticarət dövriyyəsinin təxminən 40 faizini, Rusiyada isə 20 fazini təşkil edir. Amma biz dediyim kimi, geri qalırıq. Bunun səbəbləri var. Əvvəla, insanların şüurunda dəyişiklik etmək lazımdır. İkinci bir tərəfdən isə ödəniş prosesindəki çətinliklər, habelə bank xidmətlərində yüksək vergilərin təyin olunması məsələni çətinləşdirir”.
İqtisadçının fikrincə, onlayn alış-verişlə yanaşı nağdız ödənişə keçirilməlidir:
“Pensiya kartlarına vəsaitlər yüklənən kimi bankomatlaırn qarşısında nə qədər uzun növbələrin yarandığını görürük. Əlbəttə, bu, xoş deyil. Deməli, ən opimal yollardan biri nağdsız ödənişə keçməkdir. İnsanları buna öyrətmək lazımdır. Ona görə də hökumət və biznes sektoru birgə addımlar atmalıdır. Həmçinin banklar bir-birlərinin bank kartları ilə ödəniş edilən zaman faiz tutulması qaydasını ləğv etməlidirlər. Bir sözlə, ciddi təşviqat işləri aparılmalıdır ki, yeni model Azərbaycana da gəlsin”.
Ekspert nağdız alış-verişə keçməkdən ötrü maraqlı təkliflə çıxış etdi:
“Hər şeydən əvvəl vətəndaşlarda maraq yaratmaq lazımdır. Mən təklif edərdim ki, çeklər lotoreya biletinə çevrilsin. Maliyyə nazirliyi, İqtisadiyyat nazirliyi hər ay efir vasitəsilə loto-oyunlar təşkil edib, qalibləri mükafatlandıra bilər. Bu, insanları cəlb edər. Düzdür, müəyyən addımlar atılır. Məsələn ƏDV alıcılara qaytarılır. Ancaq bu proses çox qəlizdir. Üstəgəl, 100 manatlıq alış-verişdən cəmi 2 manatın alıcıya qaytarılması heç kim üçün maraq yaratmır. Odur ki, daha optimal, kreativ üsullardan istifadə edilıməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə