
Gələn il ABŞ dolları ucuzlaşacaq? - Maraqlı proqnoz
Yusif Nəzərli
08:59 24.12.2023
İqtisadiyyat
522
İqtisadçı qlobal geosiyasi risklər şəraitində 2024-cü ilin iqtisadi mənzərəsini şərh edib
“2024-cü illə bağlı iqtisadi proqnozlarımı demək istəyirəm, amma geosiyasi hadisələrlə bağlı iqtisadi proqnoz çox çətindir. Çətin olmasaydı, nə Dünya Bankı, nə Beynəlxalq Valyuta Fondu, nə öz doğma Maliyyə Nazirliyimiz və Mərkəzi Bankımız il ərzində proqnoz göstəricilərini dəyişdirməzdilər. Eləcə də, ilin ortasında dövlət büdcəsinin proqnozları yenilənməzdi”.
Bu sözləri “Sherg.az”aaçıqlamasında hazırkı qlobal geosiyasi risklər şəraitində 2024-cü ilin iqtisadi mənzərəsini şərh edən iqtisadçı-eskpert Eldəniz Əmirov deyib.
Ekpertin sözlərinə görə, qlobal iqtisadiyyatda inflyasiyanın eniş sürəti 2023-cü illə müqayisədə azalacaq. FED, ECB və digər mərkəzi bankların uçot dərəcəsinin azalması prosesi davam edəcək:

“Qloballaşmadan “yorulan” dünya iqtisadiyyatının ayrı-ayrı bloklara bölünməsi prosesinin sürətlənməsi də istisna deyil. Çinin böyümə imkanlarının bu il də zəifləyəcəyini (Çinin Bir Kəmər Bir Yol proqramı təkcə dəhliz deyildi, bu, Çinin genişlənməsinə hədəflənmiş proqram idi. Bu istiqamətdə işləri heç qaydasında getmir) güman edirəm. Dünyada ümumi iqtisadi artımın 2,5 faiz ətrafında (0,2 faiz bəndi nisbi xəta ilə) olmasını, pessimist ruhlu beynəlxalq qurumların və onların ekspert komandasının özünü doğrultmayan qlobal böhran proqnozlarının 2024-cü ildə tamamilə mənasız olduğunun təsdiqlənməsini, yaxın Şərqdə münaqişə genişlənərsə, enerji bazarlarında və əsas ticarət yollarında əhəmiyyətli fasilələr yaradaraq yüksək enerji və ərzaq qiymətlərinin formalaşdırmasını proqnozlaşdırmaq olar. Eyni zamanda Rusiyada sosial həyat geniş anlamda geriləyəcək. Yaşıl enerji layihələrinin və dekarbonizasiya prosesinin dinamikası artırılacaq.
ABŞ dolları digər valyutalarla müqayisədə ucuzlaşdırılacaq.
Avrasiya dəhlizləri xəritəsində gələcək üçün ciddi fərqlər yarada biləcək C.Baydenin təklif etdiyi İMEC layihəsi (Hindistandan Avropaya Yaxın Şərqlə uzanan dəhliz) ilə bağlı da hansısa yenilik olmayacaq.
Dünya böyük, proseslər isə zəngin. Hər istiqaməti əhatə etmək mümkün deyil. Amma ümumi şəkildə gələn il Amerikada, Rusiyada, Hindistanda və Avropa Parlamentində olacaq seçkilərdə sürpriz neqativlər və dünyaya təsir etmək gücündə olan subyektlərin fəsadlı planları üzə çıxmasa, 2024-cü ilin dünya üçün iqtisadi cəhətdən son beş ilin (2020-2024) ən pozitiv iqtisadi ili olacağını ehtimal etmək olar. Həm də ki proqnoz edən hardan bilsin ki, bir gün səhər yuxudan oyanıb eşidəcək ki, Putin Ukraynaya hücum əmri verib və ya HƏMAS gecə İsrailə hücuma keçib. Əlinə fürsət düşən ABŞ də fürsəti əldən verməyib Rusiyanın, İsrail də HƏMAS-ın yaxasından yapışacaq və geosiyasi məqsədlərə çatmayana qədər onları buraxmayacaq. Nəticədə bazar konyukturasında yaranan kəskin fərqli dinamika bütün iqtisadi proqnozları alt-üst edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm