Gömrük Komitəsi tonal kremləri, süni kirpikləri satışa çıxarır
09:35 22.08.2019
İqtisadiyyat
602
Dövlət Gömrük Komitəsi (DGK) sərhəddə müsadirə edilən malların satışı ilə bağlı növbəti hərrac keçirir. Oxu.Az xəbər verir ki, hərraca çıxarılacaq malların ümumi dəyəri 7385 manatdır.
Maraqlıdır ki, bu dəfə hərraca çıxarılan malların əksəriyyəti gözəllik salonlarında istifadə edilən vasitələrdir.
Bura, "Milani" markalı tonal krem, "Airspun" markalı üz pudrası, "Dry İdea" antiperspirant, "Koko" süni kirpiklər, "Lilly Lashes" süni kirpiklər, "Lilly Lashes" kirpik qıvıran və digər mallar daxildir. Ancaq onların heç birinin qiyməti göstərilməyib.
Bundan başqa, iki ədəd "Samsung Galaxy A 600" (qeydiyyatsız) satışa çıxarılacaq. İkisinin qiyməti isə 1040 manatdır. Havanın kondisiyalaşdırılması üçün bir ədəd qurğu isə 24 664.50 manata təklif olunacaq.
Yeddi ədəd "Nike Air" qadın idman ayaqqabısı isə 1176 manata satışa çıxarılacaq. Beş ədəd "Armani" kişi idman ayaqqabısı isə 550 manatdan satılacaq.
Dövlət Gömrük Komitəsindən saytımıza bildirilib ki, hərrac avqust ayının sonuncu cümə günü (avqustun 30-u) keçiriləcək.
Qeyd edək ki, gömrük hərraclarında satışa çıxarılan mallar və nəqliyyat vasitələrinin ilkin qiyməti sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir.
Hərracda iştirak üçün əvvəlcədən ilkin satış məbləğinin 5 faizi qədər beh və 0,5 faiz iştirak haqqı ödəmək vacibdir. Hərracda qalib ola bilməyən iştirakçılar behi geri alırlar.
Hərracın təşkilatçısı Dövlət Gömrük Komitəsinin "Azterminal" Birliyidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə