Hamı bazardakı qiymətlərdən narazıdır
08:24 28.09.2021
İqtisadiyyat
475
Ekspert hesab edir ki, ölkədə bahalaşmanın qarşısını almaq mümkündür
Gömrük rüsumları, idxal vergiləri mütləq azaldılmalıdır
Son günlər Azərbaycanda ərzaq məhsullarının bahalaşma tendensiyası davam edir. Dövlət Statistika Komitəsinin verdiyi açıqlamaya görə, 2021-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətində 5.1 faiz artım olub.
Bəs bu bahalaşmanın səbəbləri nədir? Bahalaşmanın qarşısını almaq üçün dövlət hansı addımlar atmalıdır?
Tanınmış iqtisadçı-alim Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, bahalaşmanın həm obyektiv, həm də subyektiv səbəbləri var. Ekspert qeyd edib ki, Azərbaycanda iqtisadi proseslər daha çox subyektiv səbəblərdən qaynaqlanır:
"Azərbaycan idxaldan asılı ölkə olduğuna görə, həmişə başqa ölkələrdə baş verən qiymətlə bağlı proseslər ölkəmizə də təsir edir. Çünki Azərbaycanda əksər istehlak məhsullar, təqribən 70-80 faizi xarici ölkələrdə istehsal olunmuş məhsullardır. Pandemiya dövründə də müxtəlif ölkələrdə - Qazaxıstan, Ukrayna, Türkiyə, İrandan eksportla bağlı məhdudiyyətlər var idi. Əsas olaraq da Rusiyadan taxıl, günəbaxan məhsullarına və digər bitki yağlarına. Ona görə də Azərbaycanda istənilən malların qiymətini tənzimləmək üçün hökumət əlində olan gömrük rüsumlarını, idxal vergilərini azaltmaqla və yaxud da götürməklə qiymətlərin bahalaşmasının qarşısını ala bilər. Ancaq Azərbaycanda tamamilə əks proses gedir. Gömrük orqanları daha çox vəsait toplamaq, büdcə proqnozlarını yerinə yetirmək adıyla süni qiymət artımı yaradırlar. Beləliklə də, qiyməti artırmaqla, idxaldan əlavə dəyər, yol və aksiz vergisi yığırlar. Belə olduqda təbii ki, qiymət artacaq və obyektiv olaraq bazar buna reaksiya verəcək".
İqtisadçı əlavə edib ki, Azərbaycanda məmur sahibkarlığı və inhisarçılıq var:
"Məmur sahibkarlığına məxsus olan şirkətlər məhsul istehsal etdiyinə və onlar arasında rəqabət mühiti olmadığına görə onlar daxildə istehsal olunan malların qiymətini artırır. Həmçinin, enerji daşıyıcılarının qiymətini Tarif Şurası müəyyən etdiyinə görə, bu da əlavə problem yaşadır və zəncirvari olaraq qiymət artımı baş verir. İlin əvvəlində Tarif Şurası benzin, dizel yanacağının, o cümlədən suyun tarifini artırdı ki, bu da nəticədə zəncirvari olaraq qiymət artımını məcburi etdi. Mən bu məsələdə sahibkarları günahlandırmıram, çünki onlar qiymət artırmasında maraqlı deyillər. Təbii ki, bazar iqtisadiyyatı olan yerdə bunlar öz-özünə tənzimlənir. Nə qədər çox qiymət artırırsan, bir o qədər çox vergi ödəyirsən. Yaxud rəqib müəssisələr daha rəqabətli məhsul gətirir və sahibkar bazarın gizli əli "qiymət artımı"nın qarşısını alır. Süni qiymət artımı sahibkarlığa inhisarçılıq olan yerdə mane olmur. Ancaq "sahibkarlar"a fərq eləmir, çünki onların məqsədləri rəqabət aparmaq deyil, mövcud olan hökmran mövqeyindən sui-istifadə etməkdir".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm