İntihar sondur ! - "Psixoloji durum ələ alınmalıdır”
Fidan Həmişəyeva
13:11 02.04.2021
İqtisadiyyat
794
“Müharibə və karantin müəyyən qədər travma yaşadıb”
Son zamanlar ölkəmizdə intiharlar kütləvi hal alıb. Təəssüf ki, hər gün 2-3 nəfərin canına qıydığının şahidi oluruq. İntiharların səbəbi araşdırılıb, çıxış yolları üçün mətbuatda müəyyən fikirlər səsləndirilsə də, vəziyyət dəyişmir. Xoşagəlməz halların aradan qaldırılması istiqamətində geniş maarifləndirmə aparılsa da, vəziyyət günü-gündən pisləşir. Maraqlısı budur ki, artıq intihar edən şəxslərə haqq verənlər də çoxalıb. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Bəziləri düşünür ki, intihar edənləri qınamaq olmaz. Çünki bəzən tək “çıxış yolu” məhz intihardır.
Mövcud durumla bağlı “Sherg.az”a danışan sosioloq Sahib Altay bildirib ki, karantinin gətirdiyi travmalar insanlarda böyük ümidsizlik yaradıb:
“Karantin bir çox sahələri sıradan çıxardı. Elə müəssisələrə iqtisadi zərbə vurdu ki, çox sayda işçi ixtisara düşdü. Bunun nəticəsində çox adam işsiz qaldı. Bəlkə də, tək adam üçün bu, o qədər də problem yaratmaya bilər. Amma ailə, valideyn məsuliyyəti daşıyan, adi vaxtlarda gəlirləri az olan insanların bu dönəmdə gəlirləri azalmadı, ümumiyyətlə, kəsildi və bu da ağır travmalara səbəb oldu.
İntihar sondur. O an gəldiyində insan həyatdan heç bir zövq ala bilmir. Problemləri üçün çıxış yolu tapa bilmir. Yeganə yolu ölümdə görür ki, həyatdan qurtulsun, daşıdığı yüklərdən azad olsun.
Əmək fəaliyyəti təkcə pul qazanmaq üçün vasitə deyil. Pul insanın müəyyən fəailiyyəti qarşılığında əməyinə verilən dəyərdir. Stimulverici bir qüvvədir. İnsan sosial varlıq olduğundan müəyyən əmək fəaliyyəti ilə məşğul olmağı onu yararlı hiss etdirir.
Sosioloqun sözlərinə görə, müharibə də, karantin də bizim üçün müəyyən qədər travma yaşadıb:
“Hər bir halda nəzərə almalıyıq ki, ağrı-acını da, sevinci-qüruru da birlikdə yaşamışıq. İstər karantin rejiminin çətinlikləri, travmaları, istərsə də müharibənin stressi, həyəcanı özünü, təxminən beş ilə yaxın bir müddətdə göstərmiş olacaq.
Bu müddət ərzində də intiharların olması gözləniləndir. Sayının çoxalması da ehtimal oluna bilər.
Buna görə də mətbuat vasitəsilə insanlara müəyyən məsləhətlər verilməli, onların müsbətə köklənməsinə yardım edilməlidir. Ümumi psixoloji durumu ələ almaq vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual