İqtisadçı narazıdır: “Ümidini təqaüdə dikən tələbələr də var”
Banuçiçək Kalbalıyeva
11:45 10.03.2020
İqtisadiyyat
763
“Elə tələbələr olur ki, gündəlik tələbatlarını həmin təqaüd hesabına ödəyirlər. Bu mənada təqaüd verilərkən təkcə akademik göstəricilər, kəsr yox, həm də sosial vəziyyət nəzərə alınmalıdır”
Tələbələrə təqaüd təyin olunması qaydası dəyişib. Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”a əlavələr edib.
Qaydaya edilən əlavəyə əsasən isə cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməyəcək.
Dəyişikliyi dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu məsələdə differensial yanaşma tələb olunur:
“İstənilən halda sosial vəziyyət nəzərə alınmalı və differensial yanaşma olmalıdır”.
N.Cəfərli düşünür ki, təqaüdlərin artırılması da mümkündür. Bu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq:
“Tələbələrə verilən təqaüdlərin məbləği elə də çox deyil. Bunun artırılması üçün Azərbaycan iqtisadiyyatının imkanı çatır. Elə tələbələr var ki, gündəlik tələbatlarını həmin təqaüd hesabına ödəyirlər. Bu mənada təqaüd verilərkən təkcə akademik göstəricilər, kəsr yox, həm də sosial vəziyyət nəzərə alınmalıdır”.
Ekspertin sözlərinə görə, sözügedən əlavəyə müəyyən korrektələrin edilməsi daha məqsədəuyğundur:
“Təklif edərdim ki, kəsrə görə təqaüddən məhrum edilən tələbənin təqüdü başqa bir tələbənin hesabına köçürülsün. Belə olan halda heç olmasa, bir tələbənin sosial vəziyyəti daha da yaxşılaşar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə