İqtisadi Şuranın iclası keçirilib
İqtisadi Şuranın iclası keçirilib
13:11 11.09.2024
İqtisadiyyat
535
İqtisadi Şuranın növbəti iclası keçirilib.
Sherg.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2025-ci və növbəti üç il üzrə dövlət və icmal büdcələrinin layihələri, dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, mövcud iqtisadi vəziyyət və 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2025-2028-ci illərdə büdcə siyasətinin əsas istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2025-ci ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya
Kainatın qaydalarını pozan qara dəlik kəşf edildi
18:26 23.02.2026
Maraqlı
Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub
18:12 23.02.2026
Hadisə
Cevdet Yılmaz Azərbaycana səfər edəcək
18:05 23.02.2026
Siyasət
Luka Modriç karyerasını başladığı kluba qayıda bilər
17:58 23.02.2026
Futbol
Göygöl Dövlət Arxivi İdarəsinə yeni müdir təyin olundu - FOTO
17:50 23.02.2026
Cəmiyyət
Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır - ŞƏRH
17:41 23.02.2026
Gündəm