İslahatların nəticəsi: Azərbaycan ildən-ilə dünya reytinqində irəli gedir
07:57 16.10.2019
İqtisadiyyat
1040
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının VII Ziirvə Görüşündə çıxışı zamanı dövlət başçısı İlham Əliyev bildirib ki, Azərbaycan dünyada 20 islahatçı ölkə arasına daxil olub.
Ölkə başçısı qeyd edib ki, Azərbaycanda iqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur: "Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb".
Azərbaycanın islahatçı 20 ölkə sırasında olmasını Sherg.az-a danışan millət vəkili Musa Quliyev bildirib ki, bu, heç də təsadüfi nəticə deyil:
“Azərbaycan ildən-ilə dünya reytinqində irəli gedir. Bu, ölkəmizdə ardıcıl olaraq keçirilən iqtisadi, sosial, siyasi, hüquqi islahatlarla bağlıdır. Məsələn təkcə bu il Azərbaycanda sosial sahədə Prezident tərəfindən 30-dan artıq fərman və sərəncam qəbul olundu. Bununla da bütün kateqoriyalardan olan insanların sosial rifahı yüksəldi. Bu il əməkhaqları, təqaüdlər, sosial müavinətlər də artırıldı. Ölkədə iqtisadiyyatın diversifikasiyası öz müsbət təsirini göstərir. Bundan başqa, Azərbaycanın geosiyasi mövqeyi də əlverişlidir. Belə ki, həm Şərq-Qərb İpək Yolunun, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycandan keçməsi dünyada bizə olan marağı daha da artırır. Düşünürəm ki, cənab Prezidentin səsləndirdiyi fikirlər dünyanın qəbul etdiyi həqiqətlərdir”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə