Kafe və restoranlar niyə zəhər saçır ? - Əsl səbəblər bilindi
Nihat Müzəffər
13:46 18.07.2019
İqtisadiyyat
1518
Nazim Bəydəmirli:“ Dövlət rüsumları yüksək olduğu üçün kafe və restoranlar keyfiyyətsiz məhsul tədarük edir və qida təhlükəsizliyi məsələlərinə az maraq göstərir”
Ötənlərdə "Sədərək" Ticarət Mərkəzinin "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub. Bununla əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub: "Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də KTM-ə gətiriblər. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır".
Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Nazim Bəydəmirli “Sherg.az”a söyləyib ki, son zamanlar sahibkarların mənfəət qazanmaq üçün gördüyü işlər sonda sadə insanların zərər çəkməsi ilə nəticələnir:
“Ölkədə bu sahəyə nəzarət etmək üçün bir sıra qurumlar yaradılıb. Amma görürük ki, bəzi qurumların fəaliyyətində problem var. Eyni zamanda kiçik fəaliyyət obyektlərinin bəzi sertifkatları almaq və ya qida təhlükəsizliyi tədbirlərini həyata keçirməyə çox imkanları olmur.
Çünki, dövlət rüsumları onlar üçün yüksəkdir. Bununla da bağlı olaraq kiçik kafe və restoranlar keyfiyyətsiz məhsul tədarük edir və qida təhlükəsizliyi məsələlərinə az maraq göstərir.
Eyni zamanda iqtisadi rifahın aşağı olduğu ölkələrdə zəhərlənmə halları çox olur. Yəni, maddi imkanı zəif olan insanlar ucuz qiymətə keyfiyyətsiz məhsul alıb, həyatlarını riskə atır. Ona görə də hesab edirəm ki, hökumət bu kimi məsələləri nəzarətə almalıdır.
Tələbələr daxil olmaqla ölkədə kifayət qədər insan var ki, günü ac keçirməmək üçün ucuz və keyfiyyətsiz yemək satan kafelərə üz tutur. Sonda da bu cür hallar yaşanır. Məsələnin əsas başlanğıc nöqtəsi insanlar maddi imkanının aşağı olmasıdır. Eyni zamanda da son vaxtlar dövlət xidmətlərinin qiyməti yüksəlib.
Məsələn, Azərbaycana idxal edilən məhsulların sağlamlıq sertifkatını almaq üçün sahibkar əvvəl laboratoriya xərcləri üçün 13 manat ödəyirdisə, indi 183 manat ödəyir. Həmçinin gömrük xərclərini də nəzərə aldıqda sahibkarın mənfəəti azalır.
Sonda da qazanc naminə sahibkarlar həmin xərcləri maya dəyərinə otuzdurur. Bu zaman xidmətin qiyməti artır, keyfiyyəti azalır. Ona görə də bu kimi məsələrə fikir verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət