Komitə sədrindən xoş xəbər: "Gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir"
10:37 25.09.2019
İqtisadiyyat
1004
“Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir”. Bunu APA -ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, payız sessiyası sentyabrın 30-da başlayacaq: “Dünyada bütün parlamentlərdə payız sessiyası əsasən növbəti ilin büdcə layihəsinin müzakirəsinə həsr edilir və büdcə təsdiqlənir. Büdcə layihəsi öncə parlament komitələrində, sonra isə parlamentdə müzakirə olunur. Əvvəlki illərdən fərqli olaraq 2020-ci ilin dövlət büdcəsinin təxminən 40 faizə yaxını sosial məqsədlərə ayrılacaq. Bu, olduqca böyük göstəricidir. Biz əvvəllər deyirdik ki, büdcəmiz investisiya tutumlu, sosial yönümlüdür. İndi isə deyəcəyik ki, büdcəmiz həm sosial yönümludur, həm də sosial tutumludur”.
Komitə sədrinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində bu illə müqayisədə sosial məqsədlərə təxminən 5 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub: “Bu vəsait əmək haqqının artırılması və digər məsələlərə yönəldiləcək. Onu da vurğulamaq istəyirəm ki, gələn ildən pensiyalar və əmək haqlarında artımın olması ehtimalı var, büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması bundan xəbər verir”.
H.Rəcəbli bildirib ki, büdcədə yenə də əsas məqsəd Azərbaycan vətəndaşı, onun həyat şəraitinin daha da yaxşılaşdırılması olacaq: “Bununla əlaqədar da hazırlıq işləri görülür. Biz oktyabrın sonunda, noyabrın əvvəlində büdcəmizi təsdiqləyəcəyik”.
Onun dediyinə görə, payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklər də nəzərdə tutulub: “Prezident parlamentdə çoxlu sayda qanunlara əlavələr və dəyişikliklər göndərir. Bu əlavə və dəyişikliklərin böyük bir qismi də bilavasitə sosial müdafiənin gücləndirilməsinə yönəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə