MDB ölkələrindən Azərbaycana investisiyalar artıb

2026-cı ilin birinci rübündə MDB ölkələrindən Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyalarda Rusiya lider olub.

Teleqraf xəbər verir ki, hesabat dövründə Rusiyadan Azərbaycana 107 milyon 121 min ABŞ dolları həcmində investisiya yatırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 66,5% artıb.

Rusiyadan cəlb olunan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 12,6% təşkil edib.

2026-cı ilin ilk üç ayında Qazaxıstandan Azərbaycana 18 milyon 279 min ABŞ dolları investisiya cəlb olunub ki, bu da illik müqayisədə iki dəfədən çox artım deməkdir.

Belarusdan daxil olan investisiyaların həcmi isə 3 milyon 667 min ABŞ dolları olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artıb.

Qazaxıstan və Belarusdan cəlb olunan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı xüsusi çəkisi müvafiq olaraq 1,1% və 0,2% təşkil edib.